Azərbaycan futbolu

“Qaradağ Lökbatan” – “İmişli” 0:1 – VİDEO

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 16-cı turun oyunları keçirilib.

Aut.az xəbər verir ki, “Qaradağ Lökbatan” doğma meydanda “İmişli”ni qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 30-a yüksəldən “İmişli” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 12 xalı olan “Qaradağ Lökbatan” isə sonuncu yerdədir.

“Qaradağ Lökbatan” – “İmişli” 0:1
Qol: 
P.Alveş, 40