Konfrans Liqası

UEFA Konfrans Liqası: “Zirə”nin III təsnifat mərhələsindəki potensial rəqibi bəlli oldu

“Zirə”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Aut.az xəbər verir ki, Bakı klubu “Osiyek” (Xorvatiya) – “Levadiya” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Rəşad Sadıqovun rəhbərlik etdiyi klub II təsnifat mərhələsində “DAK-1904” (Slovakiya) kollektivinin müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Konfrans Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.