“Sabah”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşdi
“Sabah”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Aut.az xəbər verir ki, “bayquşlar” “Makkabi” (İsrail) səddini aşacağı təqdirdə “Vadus” (Lixtenşteyn) -“Sent-Patriks Atletik” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Konfrans Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.
