Digər

21-ci əsrin ən yaxşı idmançısı kimdir? – Unikal siyahı açıqlandı

ESPN 21-ci əsrin ən yaxşı idmançılarının siyahısını açıqlayıb.

Aut.az xəbər verir ki, 23 qat olimpiya çempionu amerikalı üzgüçü Maykl Felps 21-ci əsrin ən yaxşı idmançısı seçilib. Serena Uilyams (tennis) və Lionel Messi (futbol) ikinci və üçüncü yerləri tutublar.

Siyahı dövrümüzün 100 ən yaxşı idmançısından ibarətdir. Reytinq tərtib edilərkən nəşrin bütün idman növləri üzrə namizədləri irəli sürülüb. Sonra onlar arasında səsvermə keçirilib.

“İlk 10”-luq belədir:

1. Maykl Felps (üzgüçülük).
2. Serena Uilyams (tennis).
3. Lionel Messi (futbol).
4. LeBron Ceyms (basketbol).
5. Tom Brady (Amerika futbolu)
6. Rocer Federer (tennis).
7. Simone Biles (gimnastika).
8. Tiger Woods (qolf).
9. Useyn Bolt (atletika).
10. Kobe Brayant (basketbol).

Aut.az