Fırıldaqçı çıxan idmançı jurnalistə elə reaksiya verdi ki…
İkiqat dünya çempionu, hazırkı Dünya Kubokunun qalibi, fransalı biatlonçu Culia Simon diqqət mərkəzinə düşüb.
Aut.az xəbər verir ki, adı fırıldaq işində hallanan idmançı jurnalistin bu barədə sualına kəskin formada reaksiya verib:
“İdmanla bağlı suallar verə bilərsinizmi? Əgər belə bir sual versəniz, mən bir daha bura (red – müsahibə zonasına) qayıtmayacağam”.
Xatırladaq ki, kredit kartı saxtakarlığına görə onunla bağlı 2 şikayət edilib. Üstəlik, onlardan birini idmançının milli komandadakı həmkarı Castin Breza-Buşer yazıb. Bu işin istintaqı bir ildən çoxdur davam edir. Mövsüm başlamazdan əvvəl Culia ifadə vermək üçün polis tərəfindən saxlanılıb, sonra sərbəst buraxılıb. Hazırda işlə bağlı yeni təfərrüatlar yoxdur.
