Dünya futbolu

Əfsanə Ərəbistanda qərar tutmadı: Vətəninə qayıdır

Səudiyyə Ərəbistanının “Əş-Şəbab” klubunun xorvatiyalı yarımmüdafiəçisi İvan Rakitiç ” Hayduk”a keçəcək.

Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, 36 yaşlı futbolçu Xorvatiya klubu ilə növbəti iki mövsüm üçün qüvvədə olacaq müqavilə imzalayacaq.

İvan Rakitiç 2024-cü ilin qışında “Əş-Şabab”a keçib və komandanın heyətində 8 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalı Xorvatiya millisinin və “Barselona”nın sabiq futbolçusunun dəyərini 3,5 milyon avro qiymətləndirir.

Aut.az