Gürcüstan futbolunun 18 yaşlı istedadı məşhur kluba keçdi
Kiyev “Dinamo”su 18 yaşlı gürcü mərkəz yarımmüdafiəçisi Aleksandr Peykrişvili ilə müqavilə imzalayıb .
Aut.az xəbər verir ki, klubla futbolçu arasında 5 illik müqavilə nəzərdə tutulub.
Peykrişvili Gürcüstanın 18 yaşadək futbolçulardan ibarət gənclər komandasının kapitanı olmaqla yanaşı, Tbilisi “Dinamo”sunun yetirməsidir. Futbolçu əsasən klubun ikinci komandasında çıxış edib (28 oyun, 9 qol).
Aleksandr Peykrişvili həm klassik mərkəz yarımmüdafiəçisi, həm də hücumameyilli yarımmüdafiəçi kimi oynaya bilən çoxyönlü oyunçudur. Yaşıdları arasında gürcü futbolunun ən böyük istedadlarından biri hesab olunur.
Aut.az
