Dünya futbolu

Gürcünün  “Monako”ya keçidi baş tutmadı: Bu klubda oynayacaq

“Mets” və Gürcüstan millisinin hücumçusu Georges Mikautadzenin “Monako”ya keçidi uğursuzluqla nəticələnib.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsindəki ter) səhifəsində yazıb.

Futbolçunun “Lion”un futbolçusu olacağı bildirilir. “Monako” ilə anlaşması olsa, artıq tibbi müayinə təyin olunsa da, klub onun qarşısını ala bilib.

Ötən mövsüm 23 yaşlı Georges Mikautadze bütün turnirlərdə 31 matçda iştirak edib, 14 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Mikautadze 2024-cü il Avropa çempionatının qrup mərhələsinin bombardiri olub. Forvard turnirin bu mərhələsində 3 qol vuran yeganə futbolçu olub. Gürcüstan millisi Avro-2024-ün 1/8 final mərhələsində İspaniyaya 1:4 hesabı ilə uduzub.

Aut.az