Avropa Çempionatı

Uilyams bunu bacaran ikinci futbolçu oldu

İspaniya millisinin yarımmüdafiəçisi Niko Uilyams AVRO-2024-ün finalında İngiltərə ilə görüşdə qol vurub.

Aut.az xəbər verir ki, bununla 22 yaşlı vinger Avropa çempionatının finalında qol vuran ikinci ən gənc oyunçu olub. Bu barədə “Opta Sports” məlumat yayıb.

O, yalnız 1968-ci ildə 20 yaşında fərqlənən italyan Pietro Anastasidən geri qalır.

Qeyd edək ki, Avro-2024-ün finalında İspaniya İngiltərəni 2:1 hesabı ilə məğlub edərək çempion olub.