Avropa Çempionatı

İspaniya millisindən AÇ rekordu

İspaniya millisi Almaniyada keçirilən final oyununda ingilislərə qalib gələrək (2:1) növbəti dəfə Avropa çempionu olub.

Aut.az xəbər verir ki, bu, ispanların qitə çempionatında dördüncü zəfəridir. Bu da rekord göstəricidir. “Matadorlar” özlərinə və Almaniyaya məxsus nəticəni yaxşılaşdırıb.

Qeyd edək ki, budenstim 3, İtaliya və Fransa yığmaları hərəyə 2 dəfə Avropa çempionu olublar.

Aut.az