İspaniya

“Barselona”nın bu kubokdakı rəqibi müəyyənləşdi

“Barselona”nın Joan Qamper kubokunda rəqibi “Monako” olacaq.

Aut.az xəbər verir ki, bu barədə katalonların mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma avqustun 12-də Lyuisa Kompanisa Olimpiya Stadionunda baş tutacaq.

Joan Gamper Kuboku “Barselona” tərəfindən təşkil edilən illik yoldaşlıq turniridir. 1997-ci ildən bir matç formatında keçirilir. 2023-cü ildə “Barselona” “Tottenhem”i 4:2 hesabı ilə məğlub edərək kuboku qazandı.

Aut.az