Amerika kubokunun finalı iğtişaşlar səbəbindən təxirə düşdü
Argentina və Kolumbiya arasında 2024-cü ildə keçiriləcək Amerika Kubokunun final matçının startı təxirə salınıb.
Aut.az xəbər verir ki, bu barədə TyC Sports məlumat yayıb.
Stadiondan kənarda baş verən insidentlər və girişdə çox sayda insanın qalması səbəbindən matç 30 dəqiqə gecikəcək.
Arenanın girişlərində minlərlə azarkeş, o cümlədən bileti olmayanlar var. Mühafizə xidməti insanların axınının öhdəsindən gələ bilməyiblər.
Aut.az
