Avropa Liqası

Avropa Liqası: “Zirə” Moldovada “Şerif”ə qalib gəldi

Bu gün “Zirə” Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Aut.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçilik etdiyi “qartallar” Moldova təmsilçisi “Şerif” ilə üz-üzə gələcəklər. Oyunu isveçrəli referi Alessandro Dudiç idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bu komandalar arasında cavab oyunu iyulun 18-də Bakıda keçiriləcək.

Qeyd edək ki, “Zirə” “Şerif”i üstələsə, 2-ci mərhələdə “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq. Əks halda təmsilçimiz çıxışını UEFA Konfrans Liqasında davam edirəcək.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi

21:00 Şerif – Zirə 0:1

Qol: Davit Volkov, 88

Baş hakim: Alessandro Dudiç, Paskal Hirzel, Susann Küng, Anojen Kanaqasinqam (İsveçrə)
“Şerif” stadionu.

“Şerif”: 16. Əl-Tumi, 8. Fernandes, 10. Badolo, 18. Kyabu (k), 33. Lins De Almeyda, 45. Əyyub Allaş, 50. Behiratçe, 61. Akanbi, 66. Pata, 69. Ademo, 90. Yade

Baş məşqçi: Yurii Hura

“Zirə”: 97. Tiaqo Silva, 4. Ruan Renato, 5. Stefan Aka, 8. İsmail İbrahimli, 11. Rüstəm Əhmədzadə, 15. Pyer Zebli, 23. Rafael Utsiq, 29. Ceyhun Nuriyev, 32. Qismət Alıyev (k), 70. İssa Cibrilla, 90. Davit Volkov

Baş məşqçi: Rəşad Sadıqov