“Qalatasaray” onu transfer siyahısına əlavə etdi – FOTO
“Qalatasaray” “Zenit”inin yarımmüdafiəçisi Vendeli transfer etmək imkanını nəzərdən keçirir.
Aut.az xəbər verir ki, Türkiyənin “Sabah” nəşri məlumat yayıb.
Qeyd olunur ki, Vendelin adı İstanbul klubunun yarımmüdafiə xəttini gücləndirmək üçün transfer siyahısına salınıb.
Vendel bir müddət əvvəl “Zenit”lə müqaviləsinin müddətini 2027-ci ilə qədər uzadıb. Ötən mövsüm yarımmüdafiəçi bütün yarışlarda 35 matçda iştirak edib, 4 qol vurub, 10 məhsuldar ötürmə edib. Futbolçunun bazar dəyəri 20 milyon avrodur.
Aut.az

