Ermənistanda oynayan rusiyalı futbolçuları bu ölkəyə buraxmadılar
Ermənistanın “Urartu” klubunun bir neçə rusiyalı futbolçusuna Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin oyununa getmək üçün Estoniyaya viza verməyiblər.
Aut.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Dmitri Qunko bildirib.
“Bizim altı rusiyalı futbolçumuz var, onlardan ikisi zədə səbəbindən oyuna gedə bilmədi. Dörd futbolçuya isə viza verilmədi”, – Qunko bildirib.
Bu gün, iyulun 11-də Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Urartu” səfərdə Estoniya “Kalev”i ilə qarşılaşacaq. Urartuda rusiyalı Aleksandr Melixov, Aleksandr Putsko, Oleq Polyakov, Anton Kilin, Leon Sabua və İvan İqnatyev çıxış edir.
Aut.az
