Daha bir əfsanə karyerasını bitirir
İspaniya millisinin və “Liverpul”un sabiq yarımmüdafiəçisi Tiaqo Alkantara peşəkar futbolçu karyerasını bitirmək qərarına gəlib.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Fabritsio Romano məlumat verib.
Mənbənin qeyd etdiyi kimi, Tiaqo futbolda qalacaq, amma fərqli rolda olacaq. Bundan əvvəl mətbuatda Tiaqo Alkantaranın Hans-Diter Flikin “Barselona”dakı məşqçilər korpusuna keçə biləcəyi barədə məlumatlar yayılmışdı.
33 yaşlı Alkantaranın son klubu 2020-ci ildən formasını geyindiyi və bu yay tərk etdiyi “Liverpul” olub. İspan futbolçu ötən mövsümü zədə səbəbindən buraxıb, cəmi bir dəfə meydana çıxıb. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 10 milyon avrodur. Daha əvvəl Tiaqo “Bavariya” və “Barselona”da çıxış edib. Yarımmüdafiəçi hər iki klubla Çempionlar Liqasının qalibi olub.
Ümumilikdə, Tiaqo İngiltərə klubunun heyətində 98 matçda iştirak edib, üç qol vurub və altı məhsuldar ötürmə verib. “Liverpul”la birlikdə yarımmüdafiəçi İngiltərə Kubokunu və Super Kubokunu qazanıb.
Aut.az
