Ala bilməyib, deyir ki, ondan yaxşısını tapmışam
“Latsio”nun prezidenti Klaudio Lotito ” Mançester Yunayted”in hücumçusu Meyson Qrinvudun uğursuz transferi ilə bağlı sualı cavablandırıb.
Aut.az xəbər verir ki, daha əvvəl mətbuat mankunianlıların “Latsio”nun futbolçunu transfer etmək təklifini rədd etdiyini yazmışdı.
“Meyson Qrinvudun transferi keçən il başa çatmaq üzrə idi. Elə oldu ki, son mərhələdə hər şey dağıldı. İndi siyahımda başqa bir ad var – onun kim olduğunu deyə bilmərəm, amma o, Qrinvuddan 10 dəfə yaxşıdır”, – jurnalist Fabritsio Romano Lotitodan sitat gətirib.
İyulun 1-də Qrinvud ötən mövsüm icarə əsasında çıxış etdiyi “Xetafe”dən “Mançester Yunayted”ə qayıtdığını açıqlayıb.
Ötən mövsüm Qrinvud bütün yarışlarda 36 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun ingilis klubu ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.
Aut.az
