Azərbaycan futbolu

“Sumqayıt”ın futbolçusu Danimarka klubunda

Yaponiyalı yarımmüdafiəçi Masaki Murata “Sumqayıt”dan ayrılıb.

Aut.az xəbər verir ki, 24 yaşlı futbolçu bundan sonra Danimarkada forma geyinəcək.

O, sözügedən ölkənin “Vayle” klubuna keçib. Tərəflər 3 illik müqaviləyə imza atıblar.

Xatırladaq ki, Murata 2023-cü ilin yanvarından “Sumqayıt”ın uğurları üçün çalışırdı.