Almaniya

Daha bir ulduz milli karyerasını başa vurur: Bir neçə gün düşünəcəm

Almaniya millisinin yarımmüdafiəçisi və kapitanı İlkay Gündoğan bundestimdəki karyerası ilə bağlı açıqlama verib.

Aut.az xəbər verir ki, türk əsilli futbolçu “SkySports”a müsahibəsində Avro-2024-dən sonra milli komandanı tərk edə biləcəyini istisna etməyib:

“Hələ nə qədər tez qərar verəcəyimi deyə bilmərəm . Bu barədə düşünmək üçün mənə bir neçə gün lazımdır. O zaman qərar verəcəm”.

Gündoğana qədər artıq Tomas Müller milli karyerasını başa vurduğunu açıqlayıb.

Qeyd edək ki, Almaniya yığması turnirin 1/4 finalında İspaniyaya əlavə vaxtda 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Aut.az