Dünya futbolu

Pelenin şərəfinə bayram elan olundu

Əfsanəvi futbolçu Pelenin xatirəsi əbədiləşdiriləcək.

Aut.azxəbər verir ki, onun şərəfinə hər il Braziliyada “Kral Pele Günü” adlı bayram qeyd olunacaq. Noyabrın 19-da həlak olan hücumçu həmişə xatırlanacaq.

19 noyabr 1969-cu ildə Pele karyerasında 1000-ci qolunu Rio-de-Janeyrodakı Marakana stadionunda “Santos” “Vasko da Qama”nı 2:1 hesabı ilə məğlub edərkən cərimə zərbəsindən vurub. Yerli hökumətin məlumatına görə, bu addımın məqsədi ölkə daxilində və beynəlxalq səviyyədə mədəni və idman əlaqələrini gücləndirməkdir.

Pele 2022-ci il dekabrın 29-da 82 yaşında vəfat edib. FİFA onu argentinalı Dieqo Maradona ilə birlikdə 20-ci əsrin futbolçusu elan edib.

Aut.az