Ərəblər “Siti”nin daha bir ulduzunu hədəfə aldılar
“Mançester Siti”nin və Portuqaliya yığmasının müdafiəçisi Joao Kanselo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Ötən mövsüm icarə əsasında “Barselona”da çıxış edən 30 yaşlı futbolçu “Əl-Əhli” və “Əl-İttifaq”la ciddi maraqlanır. “Siti” Kanselonun satışından ən azı 25 milyon funt-sterlinq qazanmaq istəyir.
2023/24 mövsümündə Kanselo “Barselona”da icarə əsasında çıxış edib və 42 oyun keçirib, 4 qol vurub, 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Siti”nin başqa bir üzvü, qapıçı Ederson isə “Əl-Nəsr”in transfer hədəfidir.
Aut.az
