“Yunayted” “Siti”nin yetirməsini transfer edir?
“Mançester Yunayted” “İpsviç”in 22 yaşlı hücumçusu Liam Delapla maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə İnsayder Nikolo Şira məlumat yayıb.
Onun sözlərinə görə, futbolçu “qırmızı şeytanlar”a 30 milyon avroya başa gələ bilər. Çünki bu onun ayrılması üçün müqaviləsində nəzərdə tutulan məbləğdir.
Maraqlıdır ki, Liam “Yunayted”ın əsas rəqibi “Mançester Siti”nin yetirməsidir. Delap hətta “şəhərlilər”in əsas heyətində 6 oyun keçirib, 1 qol vurmağı bacarıb.
Qeyd edək ki, bu mövsüm gənc hücumçu bütün turnirlərdə 34 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.
Aut.az
