İspaniya

Tebas “Barselona”nın maliyyə vəziyyətindən danışdı: Əvvəlki illərdən fərqli olaraq…

La Liqanın prezidenti Xavyer Tebas “Barselona”nın durumu barədə danışıb.

Aut.az xəbər verir ki, ispaniyalı funksioner klubun maliyyə çətinliklərinə baxmayaraq, bu il liqanın maliyyə qaydalarına riayət etmək və yeni oyunçuların transferi baxımından ən idarəolunan il olacağını bildirib.

“Bu il, əvvəlki illərdən fərqli olaraq “Barselona” üçün əlverişli olacaq. Onlar yeni oyunçuları cəlb etmək üçün nə etmək lazım olduğunu başa düşürlər, maliyyə feyr-pleyini yaxşı bilirlər.

Onlar yavaş-yavaş iqtisadi problemlərindən qurtulurlar. Biz onların qalan problemləri həll edə biləcəklərini və istədikləri mühüm müqavilələri bağlaya biləcəklərini görəcəyik”.

Aut.az