Dünya cempionatı

Ronaldo qərarını verdi: DÇ-2026-da oynayacaq?

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo artıq Portuqaliya millisindəki gələcəyi ilə bağlı qərar verib.

Aut.az xəbər verir ki, Ronaldo Avro-2024-dən sonra milli komandanı tərk etmək fikrində deyil. Bu barədə “Relevo” məlumat yayıb.

Kriştiano 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək növbəti dünya çempionatında oynamaq niyyətindədir. Həmin vaxt onun artıq 41 yaşı tamam olacaq.

Qeyd edək ki, cari Avropa çempionatında 39 yaşlı superulduz artıq 4 oyun keçirib və cəmi 1 məhuldar ötürmə edib. Onun kapitanı olduğu Portuqaliya millisi 1/4 finalda Fransa ilə qarşılaşacaq.

Aut.az