Digər

121 illik tarixdə ilk: Afrikalı idmançı… – VİDEO

Eritreyalı velosipedçi Binyam Qirmay “Tour de France”ın mərhələsinin qalibi olub.

Aut.az xəbər verir ki, Qirmay üçüncü mərhələdə birinci yeri tutdu və “Tour de France”ın bir mərhələsində qalib gələn ilk qaradərili afrikalı olub. \

“İndi hamı afrikalı velosipedçilərin uğur qazana biləcəyinə inanacaq. Biz özümüzlə fəxr etməliyik. Bu, bizim anımızdır, indi biz böyük oyunun bir hissəsiyik”, – “The Guardian” Qirmaydan sitat gətirib.

24 yaşlı Qirmay daha əvvəl 2022-ci ildə “Giro de Italia”da bir mərhələ qazanmışdı.

“Tour de France” 1903-cü ildə yaradılıb.