Digər

Dəhşətli qəza: 7 yeniyetmə idmançı öldü

Braziliyada yeddi azyaşlı avarçəkən də daxil olmaqla 9 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Aut.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Mənbənin məlumatına görə, Pelotas şəhərində yük maşını avarçəkmə komandasını daşıyan furqona arxadan çırpılıb.

Toqquşma nəticəsində mikroavtobus yoldan çıxıb və aşıb. Qəza nəticəsində mikroavtobusda olan 10 nəfərdən 9-u həlak olub, onlardan 7-si yarışdan qayıdan yeniyetmə avarçəkənlər olub. Yalnız 17 yaşlı idmançı sağ qala bilib. Yük maşınının sürücüsü yüngül xəsarətlər alıb.

Aut.az