Dünya futbolu

Hakimiyyəti bu adamların əlində saxlamaq olmaz: Kamavinqa Fransadakı vəziyyət haqda

 Fransa millisinin və “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa ölkəsindəki siyasi vəziyyətdən danışıb.

Aut.az xəbər verir ki, Avropa Parlamentinə keçirilən seçkilərdə Marin Le Penin Milli İttifaq partiyası birinci yeri tutub. Bundan sonra ölkə prezidenti Emmanuel Makron Milli Assambleyanı buraxıb və növbədənkənar seçkilər elan edib. Seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.

“Əlbəttə ki, narahatam, baş verənlərdən narahatam. Hakimiyyəti xalqı parçalamaq istəyən müəyyən adamların əlində saxlamaq olmaz.

Müxtəliflik həmişə bizim gücümüz olub. Mən mühacir mənşəliyəm və sosial şəbəkələrdə və televiziyada deyilənlərin hamısını eşidəndə düşünürəm ki, çox mühüm rol oynayan media bununla məşğul olmur, qorxu ilə oynayır”, – “Marca” futbolçudan sitat gətirib.

Xatırladaq ki, Kamavinqa hazırda Avro-2024-də Fransa millisinin heyətində yer alır.

Aut.az