İspaniyaTürkiyə

Mourinyonun daha bir hədəfi: İspaniya yığmasının hücumçusu

“Atletiko Madrid”in və İspaniya millisinin 31 yaşlı hücumçusu Alvaro Morata “Fənərbağça”ya keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Türkiyə klubunun baş məşqçisi Joze Mourinyo İspaniya millisinin tarixinin ən yaxşı bombardirlərindən birinin transferində son dərəcə maraqlıdır.

Hazırda Alvaro Morata 76 matçda 36 qolla İspaniya millisinin bombardirləri siyahısında dördüncü yerdədir. Milli komandanın heyətində daha çox qol vuran futbolçulardan cəmi 3-ü Fernando Torres (110 matçda 38 qol), Raul (102 matçda 44 qol) və David Villa (98 matçda 59 qol) onu qabaqlayır.

Ötən mövsüm Morata “Atletiko”nun heyətində 48 oyun keçirib, 21 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 16 milyon avrodur.

Aut.az