İngilis azarkeşlər xoş xəbər aldılar: İcazə verildi ki…
İngiltərə azarkeşlərinə iyunun 30-da Avro-2024-ün 1/8 finalında Slovakiya ilə keçiriləcək oyun üçün daha sərt pivə almağa icazə veriləcək.
Aut.az xəbər verir ki, bu barədə “Sky Sports News” məlumat yayıb. Mənbənin sözlərinə görə, yerli polis və turnir təşkilatçıları oyunu yüksək riskli kateqoriyaya aid etməyiblər və buna görə də, İngiltərə azarkeşlərinin müraciətlərinə cavab olaraq, matçda yalnız aşağı spirtli pivə veriləcəyi ilə bağlı ilkin qərarlarını dəyişməyə razılaşıblar.
Xatırladaq ki, bundan əvvəl Avro-2024-ün qrup mərhələsinin 1-ci turunun Serbiya ilə oyununda (0:1) azarkeşlər arasında toqquşma riski artdığından, yalnız az alkoqollu pivə satılıb. Bu qərar ingilis fanatların narazılığına səbəb olub.
Aut.az
