Paris-2024-də neytral idmançılar necə maliyyələşəcək?
Parisdə keçiriləcək Olimpiya Oyunlarında bütün neytral idmançılar maddi-texniki dəstək alacaq.
Aut.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (BOK) məlumat yayıb.
“Paris-2024-də iştirak edən bütün digər idmançılar kimi, neytral idmançılar da Olimpiya kəndində (və ya varsa, əlavə kəndlərdə) yerləşmə, habelə oyunlarda iştirakları üçün zəruri olan maddi-texniki dəstək hüququna malikdirlər “, – deyə qurumun mətbuat xidməti bəyanat yayıb.
Qeyd edək ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarını neytral statusda qəbul edib. Eyni zamanda, ölkəsində siyasi və digər səbəbdən ayrı düşən idmançılar da bu status altında yarışacaqlar.
Aut.az
