Coşua ona ən güclü zərbə vuran boksçunun adını açıqladı: Vəhşidir
Keçmiş dünya çempionu Entoni Coşua ukraynalı boksçulardan hansının ona ən güclü zərbə vurduğunu etiraf edib.
Xatırladaq ki, Coşua 2017-ci ildə Vladimir Kliçkonu texniki nokautla məğlub edib, 2021 və 2022-ci illərdə isə Aleksandr Usikə hakimlərin qərarı ilə uduzub.
“Məni ən güclü zərbəni kim vurub? Çox güman ki, Kliçko. Kliçko ilə döyüşə girəndə bilirdim ki, hər şey ola bilər. Mən ya qalib gələ bilərəm, ya da nokauta düşə bilərəm. Kliçko vəhşidir. Ruizi də xatırlayacağam, onu nokauta salmaq istədim, amma elə güclü zərbələr vurdu ki, məni şoka saldı”, – Coşua bildirib.
Aut.az
