Dopinq ittihamlarından bəraət aldı: Problem nə imiş?
Meksikalı orta çəki boksçu Xayme Munqiya (45-2, 35 KO) dopinqdə ittihamlardan bəraət qazanıb.
Aut.az xəbər verir ki, bu barədə WBC məlumat yayıb.
Silsilə qan və saç analizləri, həmçinin poliqraf testlərinin nəticələrinə əsasən, Munqiyanın orqanizmində qadağan olunmuş maddələrin qəsdən deyil, çirklənmiş qida əlavələrinin qəbulu nəticəsində aşkarlandığı müəyyən edilib.
“Əfsuslar olsun ki, ilk reaksiya idmançını günahlandırmaq olur, amma hər kəsin tam araşdırma və özünü müdafiə hüququ var. Xayme və onun komandası vəziyyəti necə idarə etdilərsə, bu nümunəvi bir haldır. WBC-nin rəsmi araşdırması göstərdi ki, Munqiya günahsızdır. Dünya Boks Şurası və Təmiz Boks Komitəsi adından onun günahsızlığı sübut olunub”, – deyə WBC prezidenti Maurisio Suleyman bildirib.
Xatırladaq ki, idmançı may ayının əvvəlində Suraxeye qarşı qələbədən sonra dopinq-testi müsbət nəticə vermişdi.
Aut.az
