Dünya futbolu

Messi meydanda niyə gəzir? – İnanılmaz izah

Argentinalı futbolçu Lionel Messi oyunlar zamanı meydançada gəzişməsini izah edib.

Aut.az xəbər verir ki, Messi bu brədə “Clank”a müsahibəsində bildirib.

“Mən meydanda çox gəzirəm? Rəqiblərin mövqeyini dəyərləndirirəm. Harada durduqlarına və hara qaçdıqlarına baxıram.

Məsələn, “Barselona”da mənə həmişə çox diqqət yetirilirdi. Ona görə də təqibdən uzaqlaşmağa çalışıram ki, hücuma başlaya bilim. Rəqiblər hücuma keçəndə mən də onların quruluşunu öyrənirəm”, – deyə Messi bildirib.

İyunun 24-də Messinin 37 yaşı tamam olub.

Aut.az