Dünya futbolu

Benzemadan imtina edən məşqçi qovuldu

“Əl-İttihad” Marselo Qalyardonun baş məşqçi postundan qovulduğunu təsdiqləyib.

Aut.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun prezidenti Louai Nazer argentinalının ciddi səhvlərə yol verdiyini, o cümlədən “Qızıl top”un sahibi Kərim Benzemanın komandadan uzaqlaşdırılması tələbini irəli sürdüyünü bildirib.

“Qalyardo Benzemanın uzaqlaşdırılmasını istəyəndə ciddi səhv etdi, bu qəbuledilməzdir. O, Səudiyyə layihəsinin və klubun ayrılmaz hissəsidir.

Yeni məşqçiyə gəlincə, bizim iki və ya üç variantımız var”, – jurnalist Fabritsio Romano “Əl-İttihad”ın prezidentinin sözlərini “X” sosial şəbəkəsində sitat gətirib.

48 yaşlı Qalyardo ötən ilin noyabrından “Əl-İttihad”a rəhbərlik edirdi. Ötən mövsüm onun rəhbərlik etdiyi komanda ölkə çempionatında beşinci yeri tutmuşdu.

Aut.az