Azərbaycan millisi yoxlama oyununda məğlub oldu
Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışının ikinci mərhələsini davam etdirən 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi hazırlıq oyunu keçirib.
Aut.az xəbər verir ki, yığma Gürcüstanın U-18 millisi ilə üz-üzə gəlib.
Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik ediyi komanda rəqibinə 67:73 hesabı ilə uduzub
Milli komanda təlim-məşq toplanışında daha bir neçə yoxlama oyunu keçirəcək.
