“Real” onun üçün yeni müqavilə hazırladı
“Real” rəhbərliyi müdafiəçi Daniel Karvaxalla müqaviləni uzatmaqda maraqlıdır.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Madrid klubu İspaniya millisinin üzvü ilə mövcud sözləşməni daha bir il müddətinə uzatmaq istəyir. Karvaxalın hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında bitir.
Qeyd olunur ki, müqavilə Luka Modriç və Lukas Vaskesin gələcək taleyi aydınlaşdıqdan sonra imzalanacaq. Hər iki futbolçu ilə əməkdaşlıq daha bir mövsüm müddətinə uzadılmalıdır.
Qeyd edək ki, 32 yaşlı Karvaxal ilə Səudiyyə Ərəbistanının bəzi klubları maraqlandır.
Aut.az
