İspaniya

Prezident sağalıb gəlsin, açıqlayacaqlar

“Real” klub prezidenti Florentino Peresin koronavirusdan sağalmasından sonra vinger Vinisius Juniorun müqaviləsinin uzadıldığını elan etməyi planlaşdırır.

Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, braziliyalı futbolçunun müqaviləsinin uzadılması ilə bağlı tədbir ötən həftə baş tutmalı idi. Lakin Peresin xəstəliyi səbəbindən təxirə salınıb. Vinisiusla yeni müqavilənin imzalanmasının yaxın həftələrdə açıqlanacağı vurğulanır.

Mətbuatda Vinisiusun yeni müqaviləyə əsasən təzminat məbləğinin 1 milyard avro olacağı barədə məlumat yayılıb.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2018-ci ildən “Real”da çıxış edir. Bu müddət ərzində o, 232 matçda iştirak edib. 62 qol vuran “sambaçı” 65 məhsuldar ötürmə edib.