Polis türklər və gürcülər arasındakı dava ilə bağlı açıqlama yaydı – VİDEO
Dortmund polisi Avro-2024-ün ilk turunun Türkiyə – Gürcüstan matçı başlamazdan əvvəl iki komandanın azarkeşləri arasında baş verən dava barədə açıqlama yayıb.
Aut.az xəbər verir ki, hadisənin videogörüntüləri üzərində araşdırma aparıldığı bildirilib:
“Oyundan əvvəl stadionda türk və gürcü azarkeş qrupları arasında toqquşma olub. Təhlükəsizlik qüvvələri və polis onları sakitləşdirib. Hazırda polis insidenti qiymətləndirmək və iştirakçıları müəyyənləşdirmək üçün videomateriala baxır”.
Aut.az
