Avropa Çempionatı

Portuqaliyanın məşqi üçün havayı biletlər 800 avroya satılır

Portuqaliya millisinin Avropa çempionatında açıq məşqi azarkeşlər arasında görünməmiş səs-küyə səbəb olub.

Aut.az xəbər verir ki, ESPN-in məlumatına görə, təşkilatçılar məşq üçün 6000 pulsuz bilet paylayıblar. Biletlər üçün onlayn növbə 50 mindən çox insanı əhatə edib.

Biletlər bir neçə dəqiqə ərzində azarkeşlər tərəfindən götürülüb. Bundan sonra bəzi azarkeşlər böyük tələbatı görərək, biletləri “qara bazar”a çıxarıblar. Portuqaliya millisində hücumçu Kriştiano Ronaldonun olması səbəbindən biletlərin qiyməti 800 avroya çatır.

39 yaşlı Ronaldo üçün qarşıdan gələn Avropa çempionatı onun karyerasında altıncı olacaq.

Portuqaliyalılar Avro-2024-də ilk oyununu iyunun 18-də Çexiyaya qarşı keçirəcək.

Aut.az