Lunyev bu kluba keçir? – Ünsiyyət var, lakin…
“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyev Moskva “Dinamo”su ilə müqavilə imzalamağa yaxın olduğu barədə məlumatı təsdiqləməyib.
Aut.az xəbər verir ki, daha əvvəl 32 yaşlı qolkiperin gələn həftə “ağ-göylər”lə 2+1 müqavilə imzalayacağı bildirilirdi.
“Gələcəyimlə bağlı heç bir anlayış yoxdur, hər şey eynidir. “Dinamo”? Çox yazdılar, amma indiyə qədər yazılanların hamısı şayiədir. Mövsüm az əvvəl başa çatdı və təcrübə göstərir ki, vaxt lazımdır. Müəyyən ünsiyyət var, lakin hələ ki, heç bir konkretlik yoxdur”, – “Metaratings.ru” Lunyevdən sitat gətirib.
Aut.az
