Bekhem dayanmır – Daha iki ulduz gətirir
“İnter Mayami” daha 2 ulduz futbolçunu heyətinə qatmağa hazırlaşır.
Aut.az xəbər verir ki, bu barədə “Diario Ole” məlumat yayıb.
Mənbənin məlumatına görə, Mayami komandasının məqsədi “Real”dan Luka Modriç və “Barselona”dan Serxi Robertonu transfer etməkdir. “İnter” hər iki futbolçunu yayda heyətlə qatmağı planlaşdırır. Çünki həmin vaxt onlar azad agent statusunda olacaqlar.
Roberto səhhətindəki problemlərə görə bu mövsüm “Barselona”nın heyətində cəmi 8 oyun keçirib və 3 qol vurub. Modriç isə cari mövsümdə 20 oyun keçirib. Onun bir qolu və üç məhsuldar ötürməsi var.
Xatırladaq ki, “İnter Mayami”nin heyətində hazırda Lionel Messi, Serxio Buskets, Xordi və Luis Suares kimi ulduzlar var.
Aut.az
