Avropa Çempionatı

Levandovski Avro-2024-də oynaya biləcək?

Polşa millisi 2024-cü il Avropa çempionatının startı ərəfəsində itki ilə üzləşib.

Aut.az xəbər verir ki, qitə çempionatındakı ilk oyunda “ağ-qırmızılar” kapitan və komandanın lideri Robert Levandovskinin xidmətindən məhrum olacaq. Buna səbəb Türkiyə ilə yoldaşlıq görüşündə bud əzələsindən xəsarət almasıdır.

Leva ilk tur çərçivəsində iyunun 16-da baş tutacaq Niderland ilə görüşü buraxacaq. O, 5 gün sonra keçiriləcək Avstriya ilə ikinci qarşılaşmaya hazır olacaq.

Aut.az