Almaniya

Azarkeşlərə vəd verdi: Belə olsa, onu daz edəcəm

Almaniya millisinin yarımmüdafiəçisi Deniz Undav Avropa çempionatı ərəfəsində azarkeşlərə müraciət edib.

Aut.az xəbər verir ki, o, Avro-2024-ün qalibi olacaqları təqdirdə maraqlı addım atacağına söz verib:

“Avropa çempionu olacağıq! Məqsədimizə çatmaq üçün dəstəyinizə ehtiyacımız var. Tomas Müllerə müraciət edirəm: Avropa çempionu olsaq, başını qırxacağam”.

Qeyd edək ki, Almaniyada keçirilən turnir iyunun 14-dən iyulun 14-dək təşkil ediləcək. Bundetim ilkin mərhələdə A qrupunda İsveçrə, Macarıstan və Şotlandiya komandaları ilə mübarizə aparacaq.