“Fiorentino” ona tapşırıldı
“Fiorentina”nın mətbuat xidməti Vinçenso İtalyanonun gedişindən sonra yeni baş məşqçinin təyin olunduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, bu, əvvəllər “Monza”ya rəhbərlik edən Raffaele Palladinodur.
40 yaşlı mütəxəssis “Fiorentina” ilə uzadılma ehtimalı ilə 2 illik müqavilə imzalayıb.
Palladino 2022-ci ildən 2024-cü ilə qədər “Monza”nı çalışdırıb. Komanda onun rəhbərliyi altında keçən mövsüm A Seriyasını 12-ci pillədə başa vurub.
Aut.az
