İspaniya

“Real” Mbappenin transferini rəsmən açıqladı – FOTO

İyunun 3-də “Real” Fransa millisinin hücumçusu Kilian Mbappe ilə müqavilə imzaladığını açıqlayıb.

Aut.az xəbər verir ki, tərəflər 5 illik – 2028/29 mövsümünün sonuna qədər müqavilə bağlayıb. 25 yaşlı futbolçu PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi Madrid klubuna keçib.

Mayın 10-da Mbappe 2017-ci ildən çıxış etdiyi PSJ-dən ayrıldığını açıqlayıb. O, ötən mövsüm klubda 48 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə edib.

“Real” Mbappenin transferini rəsmən açıqladı - FOTO

Aut.az