Dünya futbolu

Mourinyonun ünsiyyət tərzi: Sən özünü dünyanın ən yaxşı və ya ən pis…

“Mançester Yunayted”in futbolçusu Dieqo Dalot Joze Mourinyo haqda danışıb.

Aut.az xəbər verir ki, müdafiəçi portuqal mütəxəssisin onun karyerasına böyük təsir etdiyini bildirib.

“Yunayted”də yalnız bir neçə ay Joze Mourinyo ilə işləmişəm,  amma onun etdiklərini həmişə yüksək qiymətləndirəcəyəm. O, karyerama böyük təsir göstərib. O, məni “Portu”dan ayrılaraq “Yunayted”ə getməyə inandırdı. Mənə bu inamı yalnız o verə bilərdi.

Onun özünəməxsus ünsiyyət tərzi var – sən özünü dünyanın ən yaxşı və ya ən pis oyunçusu kimi hiss edə bilərsən. Onunla hələ də əlaqə saxlayıram və onun etdiklərini həmişə qiymətləndirəcəm”, – Dalot deyib.

Aut.az