Türkiyə

Mourinyo “Fənər”lə neçə illik müqavilə bağlayıb?

Məşhur portuqaliyalı baş məşqçi Joze Mourinyo Türkiyənin “Fənərbağça” klubu ilə 2 illik müqavilə bağlayıb.

Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Fabritsio Romano məlumat verib.

Mənbənin sözlərinə görə, 2026-cı ilin iyun ayına qədər qüvvədə olan müqavilə bu gün, mayın 31-də səhər saatlarında imzalanıb.

Xatırladaq ki, hazırda portuqaliyalı mütəxəssis rəsmi olaraq heç bir klubun baş məşqçisi deyil. Onun son iş yeri 2021-ci ildən 2024-cü ilin yanvarına kimi rəhbərlik etdiyi “Roma” olub.

Aut.az