“Bavariya”da peşmandırlar: Gərək…
“Bavariya” Vinsent Kompaninin komandanın baş məşqçisi postuna namizədlər siyahısında daha əvvəl olmadığına görə təəssüflənir.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Kristian Falk məlumat yayıb.
Onun sözlərinə görə, “Bavariya”nın idman direktoru Maks Eberl klubun daha əvvəl belçikalı mütəxəssislə danışıqlara başlamamasına təəssüflənir.
Eberl Kompaninin “Bavariya” ilə uğur qazanacağına əmindir.
Kompani 2020-ci ildə futbolçu karyerasını başa vurub və dərhal “Anderlext”in baş məşqçisi vəzifəsinə keçib. 2022-ci ildə “Bernli”yə rəhbərlik edib və klub elitaya yüksəlib. Lakin növbəti mövsümdə klub Premyer Liqada yerini qoruya bilməyib.
Aut.az
