Qaydasız döyüş

Döyüş ərəfəsində gecə klubuna gedən əfsanəni tənqid etdi

İrlandiyalı MMA döyüşçüsü Kaolan Lofran həmyerlisi, iki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqoru amerikalı Maykl Çandlerlə döyüşdən bir ay əvvəl gecə klubuna getməsini şərh edib.

Aut.az xəbər verir ki, o, Konoru tənqid edib:

“Belə şeylər mənim xoşuma gəlmir. Bu idmana hörmət etmək lazımdır. Konora hörmət edirəm. Bu adam MMA-i dəyişdi. Onun döyüşünə altı həftə qaldığını və sərxoş olduğunu və özünü sərin kimi göstərməsini pisləyirəm”.

Qeyd edək ki, Makqreqor və Çandler arasında döyüş iyunun 29-dan 30-na keçən gecə UFC 303 turnirində baş tutacaq. Konor MMA-da 28 döyüş keçirib, bunlardan 22-də qələbə qazanıb.

Aut.az

Döyüş ərəfəsində gecə klubuna gedən əfsanəni tənqid etdi