Boks

Lyuislə Fyuri arasında hipotetik döyüş: Necə bitərdi?

Ağır çəkidə sabiq dünya çempionu Lennoks Lyuis britaniyalı Tayson Fyuri ilə hipotetik döyüşü haqda danışıb.

Aut.az xəbər verir ki, əfsanə bu döyüşün necə bitəcəyi haqda versiyasını təqdim edib:

“İnanıram ki, bu döyüşdə qalib gələrdim. Mən Tayson Fyuridən qat-qat güclüyəm. Ancaq Taysonun böyük boks bacarığı var və nəhəngdir. Tayson mənə əla döyüş təqdim edərdi”, – Lyuis deyib.

Bundan əvvəl Lennoks Lyuis ağır çəkidə mütləq dünya çempionu titulu uğrunda ukraynalı Aleksandr Usiklə döyüşdə Tayson Fyurinin əsas səhvini göstərmişdi.

Aut.az